Hava dəyişəcək - XƏBƏRDARLIQ

7 İyun 2016 13:30 (UTC+04:00)

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən xəbərə görə, iyunun 7-si axşamdan 10-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.