"Avropa Birliyinin ən böyük səhvi Türkiyədir"

17 Dekabr 2012 12:15 (UTC+04:00)
Movqe.Az İngiltərənin "Guardian" qəzetinə istinadən xəbər verir ki, Avropa Birliyi (AB) üzvlüyü mövzusunda bütün addımları nəticəsiz olan Türkiyənin iqtisadi baxımdan üzünü şərqə çevirdiyi iddia edilir. Filip İnman məqaləsində, "Avropalı liderlər, səhvlərini qiymətləndirmək üçün dönüb geriyə baxdıqlarından, etdikləri ən böyük səhvin Türkiyənin Birliyə üzv olmasını qarşısını almaq olduğunu görmürlər" deyib.
Məqalədə Türkiyənin Qərb düşərgəsində olmasına baxmayaraq, onun NATO-ya üzv olmasının iqtisadi baxımdan Avropa Birliyi ilə Türkiyənin arasının açıq olduğu bəyan edilir. Sözügedən məqalədə həmçinin Türkiyənin xarici ticarətinin 7 il əvvəl 67%-nin Avropa Birliyi ilə olduğunu, bu gün isə bu rəqəmin 39%-ə düşdüyü qeyd edilir.
AB-yə Türkiyə kömək edə bilər
"Guardian" yazarı Filip İnmana görə Avropa Birliyinin ehtiyacı olan iqtisadi ehtiyacı yalnız Türkiyənin təmin edə bilər.
Avropaya tənqid, ABŞ-a tərif
Filip İnman məqaləsində Avropa Birliyinin Türkiyəyə qarşı mənfi rəftarına qarşılıq kimi Amerika avtomobil nəhəngi Fordun Tranzit avtomobillər istehsalını Kocaeli vilayətində etmək qərarına gəlməsini göstərib və bunun təqdirəlayiq hal oluğunu qeyd edib.