“21 dekabr”da nələr olacaq?

17 Dekabr 2012 13:06 (UTC+04:00)
Son vaxtlar dünyada əsas müzakirə mövzusuna çevrilən dekabrın 21-i dünyanın dağılması ilə bağlı iddia və şayələrin kökü əslində 2008-ci ildən başlayan iqtisadi böhrandadır. NASA kimi dünyanın ən nüfuzlu kosmik agentliyinin alimlərinin, eləcə də müxtəlif dinlərin alimlərinin verdiyi bəyanatları nəzərə alaq. Onlar həmin tarixdə dünyanı təhlükədən kənar olduğunu bildirirlər. Deməli bu söyləntilərin tamamilə başqa səbəblərinin olduğunu düşünməyə əsas var.
Bir sıra mütəxəssislər ehtimal edirlər ki, bütün bunlar iri maliyyə konsernlərini idarə edən təşkilat və qrupların marağındadır. Dünyanı bürüyən iqtisadi böhrandan xilas olmağın yollarını axtaran iri konsernlər müxtəlif üsullara əl atır. Xatırlayaq ki, 2008-ildə iqtisadi böhrandan insanların bir çoxunun bank və maliyyə sektoruna, alış verişə marağı azalmışdı. Vətəndaşlar pulu artıq özlərindən başqa heç kəsə etibar etmirdilər. Və təsadüfi deyil ki, məhz dünyanın sonu barəsində şayələr yayılandan sonra insanlar əllərində olan maliyyə vəsaitlərini könüllü olaraq xərcləməyə başladılar. Süleymana qalmayan dünya, bizə də qalmaz prinsipi ilə.
İqtisadi böhranın tüğyan etdiyi ilk vaxtlardan başlayaraq bir çox şirkətlər, maliyyə konsernləri, eləcə də banklar iflasa uğradı. Bu amil təbii ki, birbaşa və ya dolayısı ilə sadə insanlara da təsir etdi, onların da gəlirlərində azalmalar oldu. Bütün bunlar nəticə etibarilə insanları qənaət etməyə, səyahətlərinin sayını xeyli azaltmağa sövq etdi. Artıq insanlar banklara da etibar etmir, əllərində olan vəsaiti ən yaxşı halda daşınmaz əmlakda saxlayırdı. Dünya iqtisadiyyatının 70%-dən çoxunu əllərində saxlayan nəhəng iqtisadi qruplar isə iqitasdi böhrandan qurtulmağın ən yaxşı üsulunu insanlara psixoloji təsirdə gördülər. Və məhz həmin vaxt ortaya 4 ildən sonra dünyanın dağılacağı ilə bağlı iddialar atıldı. Etiraf edək ki, indinin özündə də bu iddialara 5 nəfərdən ikisi inanmırsa, digər 3 nəfər inanır.
Kütləvi İnformasiya Vasitələrinə açıqlama verən geofizik Vaqif Behbudoğlu maraqlı şərh verib: "Dini mənbələrdə Adəmlə Həvvanın Yerə enməsi də həmin tarixlə eyni vaxtdadır. Bu 13 min il öncə olub. Amma ümumilikdə, Yer üzündə antropogen amilin yaranması 2,5 milyon ildir. Katakilizm prosesində insanların şüuru silinir. Ona görə də dini mənbələrdə belə qəbul edilib ki, insanın başlanğıcı Adəmlədir və Adəmlə Həvvanın Yer üzünə enişi 13 min il əvvəl olub."
Dindarlar da bu məsələyə birmənalı münasibət bəsləyir. Onlar hesab edir ki, İslamda qiyamətin dəqiq tarixinin öncədən bilinməsi ilə bağlı heç bir fikirlər yoxdur. Hətta quranda da bununla bağlı bir neçə müddəa var. "Ağıllı" mayalar dəqiq tarix verirlər. 21 dekabr 2012 – ci il, saat 12.11 də. Allah isə bu tarixi kimsəyə bildirmədiyini, bunu sadəcə özünün bildiyini söyləyir: "(Ey Peyğəmbər!) Səndən qiyamətin nə zaman qopacağını soruşurlar. Sən onu bilə bilməzsən. Onun nə zaman olacağını sadəcə Rəbbin bilir. Sən sadəcə onun əzəmətindən qorxanlara (bunu) xatırladansan. (Nazirat, 42-46)"
Göründüyü kimi bu şəkildə artıq dünyada turizmində yeni baxış və canlanma yaranıb. Bir neçə şəhər toxunulmaz elan olunub və dünya dağılarsa, orada olanlar sağ qalacaq kimi sözlərlə insanları cəlb edirlər. 100 minlərlə insanlar bu yerlərə getmək üçün pul xərcləyirlər. Mütəxəssislər insanları sadəlövh olmamağa və dünyada baş verən prosesləri daha diqqətlə izləməyə dəvət edirlər. Yalnız həmin vaxt onlar böyük bir yalanın parçasına çevrilməzlər.