Pişik icarəsi xidməti fəaliyyətə başladı

17 Dekabr 2012 15:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, Rusiyanın Krosnayars şəhərində bir könüllü küçə pişiklərini öyrədərək az müddət ərzində onları oynatmaq istəyənlərə icarəyə verməyə başlayıb. Heyvansevər Alena Temerova radio vasitəsilə etdiyi elanda hələlik evində saxladığı 9 küçə pişiyini kiraladığını söyləyib. Pişiklər üçün gündəlik kirayə əvəzi isə 300 rubldur (10 dollar). "Maşa" və "Klepa" adlı pişiklər ən çox tələb edilən pişiklərdir. Temerova, əldə etdiyi gəlirləri pişiklərin bəslənməsi və baytar xərcləri üçün xərclədiyini söyləyib. Temerova görə, pişiklərlə ünsiyyət insanların psixoloji vəziyyətinə çox müsbət təsir göstərir. Təzyiq başda olmaqla stresslə bağlı narahatlıqlar heyvanlarla məşğul olanlarda daha az görülür.