İtaliya muzeyində əsərlər yandırılır
20 Aprel 2012 18:12 (UTC+04:00)
İtaliya hökumətinin sərt rejiminə etiraz üçün İtaliyada muzeydə
bütün dünyadan olan orijinal bədii işlər yandırılıb.
Neapolda Kasoria Müasir Bədii Muzeyinin direktoruAntonio Manfredi
bu həftə Fransız rəssamı Severine Bourguignon tərəfindən çəkilmiş
rəsm əsərini yandırmaq la etiraza başlayıb.
Manfredi bildirib ki, muzey "İncəsənət Müharibəsi"adı altında hər
həftə üç orijinal bədii işlər yandırılacaq.
O, CNN-ə bildirib ki, "Məndə dünya rəssamlarının 1000-ə yaxın
orijinal əsərləri vardır və hökumətin laqeydliyinə görə onların
hamısı artıq məhv olurlar. Biz hökumətdən ölkənin mədəniyyət
müəssisələrinə diqqət yetirmələrini istəirik."
Borc problemləri ilə üzləşən İtaliya Baş Naziri Mario Monti,
ölkədəki vəziyyəti dayandırmaq üçün ciddi tədbirlər göstərilməsini
əmr edib.
Manfredi bildirib ki, bu yol mədəniyyət müəssisələrinə ağır
zərbələr vurub.Roma, Palermo və başqa yerlərdə maliyyə
çatışmazlığına görə bir neçə muzey bağlanıb.
Muzeydə yalnız sənətkarların xeyr-duası ilə əsərləri
yandırılır.
Manfredi bildirib ki, Severine Bourguignon yanan rəsm əsərini Skype
vasitəsilə izləyib, Neapoldan olan sənətkarRosaria Matarese isə
çərşənbə günü şəxsən özü taxta heykəlini yandırıb.
Digər Avropa sənətkarları da etiraza qoşulub. Uels heykəltaraşı öz
işini yandırıb və Youtube-da izlənilib.Manfredi bildirib ki, başqa
sənətkarlar da gələn həftə öz bədii işlərini yandıracaq və bu
Skype-da görüntülənəcək.
O CNN-ə bildirib ki, "Gələn həftə ilk rəssamlardan biri Avstraliya
rəssamı olacaq.Ümid edirəm ki, hökumət məni dayandırar, çünki mənim
etdiyim çox dəhşətli bir hərəkətdir."
Manfredi bildirib ki, "Əyər dövlət muzeyə maliyyə ayırmasa, onların
Neapola gəlib pul olmadan muzeyin vəziyyətinin necə pis olduğunu
görməklərini istəyirəm. Dövlət mənim etirazıma cavab verməlidir,
cavab almayana qədər mən etirazımı dayandıqmayacağam."
Ziba Yusifova