"Twitter" istifadəçilərinin nəzərinə!

17 Dekabr 2012 15:44 (UTC+04:00)

Movqe.az xəbər verir ki,"Twitter"in uzun müddətdir gözlənilən yeniliyi nəhayət istifadəçilərə təqdim edilib.

Hələ bütün "Twitter" istifadəçilərinə açılmayan yenilik nəticəsində istifadəçilər "Twitter" mesajlarını yükləyə biləcək. Bunun üçün istifadəçi "Settings" hissəsinə girdikdən sonra "Your Twitter Archive" (Tvitter keçmişi) düyməsinə toxunmalıdır. Arxiv hazır olduqda e-poçt ünvanına bir link göndərilir və bu link vasitəsilə "Tweet" kompüterinizə yüklənə biləcək. Keçidə daxil olan istifadəçilər "Twitter"in interfeysinə bənzər HTML faylında bütün tvitlərini görüntüləyə bilər. Lakin xəbərin əvvəlində də söylədiyimiz kimi "Twitter"in bu xüsusiyyəti çox az sayda istifadəçiyə açıqdır və növbəti həftələrdə bütün istifadəçilər bu xüsusiyyətlərdən faydalana biləcək.