Obamanın çıxışından əvvəl "Quran" oxundu
17 Dekabr 2012 16:03 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, məktəb hücumunun
yaşandığı Konnektikut əyalətinin Nyutaun qəsəbəsində təşkil edilən
anım mərasiminə qatılan Obamanın burada edəcəyi çıxış öncəsi "Quran
Kərim" də oxunub.
20 yaşlı Adam Lanza "Sandy Hook" məktəbinə təşkil etdiyi silahlı
hücumda 20-si 6-7 yaşlarında, 12-si qız, 8-i oğlan uşağı və qalan
8-i yetkin olan insan qətlə yetirilib. Lanza məktəb basqınını
etməzdən əvvəl də birlikdə yaşadığı anasını öldürüb. Təcavüzkar
Amerika tarixinin ikinci ən qanlı məktəb basqınından sonra intihar
edib.
Anım mərasimində göz yaşlarını saxlaya bilməyən Obama həlak
olanların qohumlarına təsəlli verməyə çalışıb: '' Bilirəm, heç bir
söz çəkdiyiniz ağrını təsvir etməyə çatmaz ya da heç biri yaranızı
sağalda bilməz. Ancaq bunu bilmənizi istəyirəm ki, tək deyilsiniz,
hamımız bu ağrılı gününüzdə yanınızdayıq. Valideynlər olaraq
bizlərin əsas vəzifəsi yaxşı bir ana və ata olmaqdır. Bu işimizi
doğru edə bilmiriksə heç bir işimizi doğru edə bilmərik."
Obamanın çıxışında əvvəl "Quran" oxundu
Qırğında həyatını itirənlər üçün təşkil edilən anım mərasiminə üç
səmavi dinin nümayəndələri də qatılıb. Obamanın çıxışından əvvəl
Nyutaunda olan "Al Hedaya İslam Mərkəzi" adından kürsüyə çıxan
kiçik uşağın oxuduğu "Quran"dan sonra Yason Qreyvz də onun ingilis
dilindəki tərcüməsini oxuyub. Qreyvz Nyutaundakılarla yanaşı bütün
müsəlmanların yaşanan ağrını dərindən paylaşdığını söyləyib.
Qırğında ölənlərə və yaxınlarına dua etdiklərini deyən Qreyvz,''
Allahdan ölənlər üçün cənnət, geridə qalan ailələri üçün də səbr
diləyirik'' açıqlamasını verib: ''Bu dözülməz ağrı qarşısında
yaradana sığınaraq təsəlli tapırıq. Bu inancla ana, ata, qardaş,
bacı, oğul və qız uşaqları ilə bütöv xalq olaraq yaradana sığınır,
şəfası üçün ümidimizi əsirgəmirik."