Təcrübəli siyasətçi nişanlanıb

17 Dekabr 2012 16:35 (UTC+04:00)
Movqe.Az bildirir ki, 5-ci dəfə baş nazirliyə namizədlik irəli sürərək bir il sonra siyasət dünyasına təkrar daxil olan Silvio Berluskoni nişanlanıb. Berluskoni, aralarında 49 yaş fərq olan Françeska Paskale ilə nişanlandığını və artıq özünü tək hiss etmədiyini söyləyib. İtaliyada bir ildir dildən-dilə gəzən dedi-qodu Silvio Berluskoni tərəfindən təsdiqlənib. Dünən axşam "Canal 5"də yayımlanan "Domenica Live" proqramına qonaq olan, 76 yaşlı təcrübəli siyasətçi Berluskoni, aparıcı Barbara De Ursonun israrlı sualı qarşısında, "Bəli nişanlandım. Napolili bir qadınla. Aramızda 49 yaş fərq var. Onun 28 yaşı var və adı Françeskadır." deyib. Nişanlısının çox gözəl bir qadın olduğunu dilə gətirən Berluskoni, "Amma daxili daha gözəldir. Ciddi əxlaqi prinsipləri var və mənim daima yanımdadır." deyə yeni sevgilisini izah edib və "O, məni, mən də onu çox sevirəm ." deyərək sevgisini elan edib. 7 il əvvəl tanış olduqlarını söyləyən Berluskoni, necə aşiq olduğunu isə belə izah edib, "Françeska, Napolidə "Silvio sənin üçün darıxırıq" adlı bir fan klubun rəhbəridir. Mənimlə tanış olmaq üçün pul yığıb, Sardunya adası sahillərinə bir təyyarə göndərir və arxasına da, "Silvio sənin üçün darıxırıq" yazdırıb. Sonra isə, "Silvio sənin üçün darıxdım" yazmağa başlayıb. Bax belə tanış olmuşuq."