Almaniyada itlərin qoşqu ilə yarışı keçirilib

17 Dekabr 2012 16:57 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Almaniyanın  cənubunda "Qara Meşə" adlı dağ massivində itlərin qoşqu ilə yarışı keçirilib. Ən çox öz gözəl təbiəti və ququ quşu saatları ilə məşhur olan bölgədə bu yarışlar sayca altıncı dəfədir ki, təşkil edilir. İki gün davam edən yarışda onlarla dörd ayaqlı mübarizə aparıb. Havanın  yarış üçün əlverişsiz olması səbəbindən iştirakçıların bəziləri məyus olub. Günəş çıxdıqdan bəzi yerlərdə qar əriyib, bu isə yarışın planlaşdırdığı kimi keçməsinə mane olub. Lakin ümumilikdə bu yarışın gedişatına əngəl olmayıb. İştirakçılar yarışı meşədə qarın çox olduğu yerlərdə keçirib. Burada isə əksinə qar çox olduğundan itlər kirşələri yerindən tərpətmeyə çətinlik çəkib. Təşkilatçılar bildiriblər ki, qoşquya bağlanan itlər yalnız insanın ən yaxın dostu deyil həmdə komandanın çox vacib üzvləri hesab olunurlar. Yarış iştirakçılarından biri Joerg Kirxovun sözlərinə görə yarışa hazırlıq və itlərin təlimi hələ ilin əvvəlində, yay aylarından başlanır. Qoşqu ilə yarışlar üçün ən çox Sibir laykası, Alyaska malamutu və ağ samoyed layka cinsinə aid itlərdən istifadə olunur.