Çində əcnəbilərə geniş hüquqlar verilir

17 Dekabr 2012 17:05 (UTC+04:00)
Movqe.Az bildirir ki, Pekin rəhbərliyi, "yaşıl kart" sahibi olan xaricilərə ölkədə Çin vətəndaşları kimi təhsil, pensiya və mülkiyyət hüququna sahib olma kimi geniş hüquqlar verir. Belə bir addımın atılmasında Çinin hüquq sistemi üçün əhəmiyyətli olmasından əlavə, daha çox xarici maraqları ölkəyə çəkmə arzusunun da əks olunması kimi qiymətləndirilib. Çin, xaricilərə daimi yaşayış icazəsinin verilməsini 2004-cü ildə başladıb, ancaq Çinlilərin sahib olduğu bu hüquqlar verilməmişdi. Daimi yaşayış icazəsi alan xaricilər artıq öz uşaqları üçün təhsil, məşğulluq, investisiya, ev satın alma və sağlamlıq kimi imkanlara sahib oldular. Çində 2011-ci ilin axırında 5 min əcnəbiyə yaşıl kart verildiyi söylənilir. Bu rəqəmin ABŞ-da 120 min, Avstraliyada isə 100 min olduğu bildirilir. Yeni qaydalara görə yaşıl kart sahibi xaricilərə yalnız siyasi hüquqlar verilmir. Yaşıl kart, Çində yaşayan və Çinə faydası olan xarici mütəxəssislər, əhəmiyyətli elm adamları və həyat yoldaşı çinli olanlara verilir. Lakin həyat yoldaşı çinli olub müraciət edən hər əcnəbiyə yaşıl kart verilmir. Həyat yoldaşı çinli olanlar ən az 5 il olmaqla hər ilin ən aşağı hesabla doqquz ayını Çində keçirməli, öz hesabında kifayət qədər pulu və işi olmalı, qeydlərdə təmiz, yaxşı biri olmalıdır.