Səhər yeməyinizdəki gizli təhlükə

17 Dekabr 2012 17:35 (UTC+04:00)
Movqe.Az bildirir ki, İtaliyadakı bir araşdırma səhər yeməyində yeyilən qarğıdalı lopasının piylənməyə yol açdığını aşkar edib. Ölkəmizdədə çox yeyilən və xüsusilə arıqlamaq istəyənlərlə uşaqların yediyi qarğıdalı lopaları piylənmə və ürək xəstəliklərinə səbə ola bilər. Qarğıdalıdan və içinə qatılan digər şokoladlı məhsullardan hazırlanan bu hazır yeməklər südlə yeyilir. İtalyan dietoloq, bəzi aşağı kalorili qarğıdalı lopalarının oldmasının yalan olduğunu bildirib. Hətta nizamlı olaraq istehlak edilən qarğıdalı lopalarının kilonu artırdığını vyrğulyıb. Floransa Universitetində yaşları 5-10 arasında olan uşaqlar üzərində araşdırma aparılıb. 1 ildən uzun bir müddət nizamlı olaraq qarğıdalı yeyən uşaqlarda həddindən artıq çəki müşahidə edilib. Araşdırmanın rəhbəri Luici Barbaliani, bitki mənşəli yağda qızardılan və şəkər siropu əlavə olunan qarğıdalı lopalarının bəzi qatqı maddələri də ehtiva etdiyini və piylənməyə gətirib çıxardığını bildirib. Bundan əlavə, bəzilərinin tərkibində duzun yüksək olmasının ürək xəstəliyinə yol açdığı söylənilib.