Teoman ailə həyatı qurur

17 Dekabr 2012 18:35 (UTC+04:00)
Movqe.Az bildirir ki, Teoman keçdiyimiz həftələrdə pərəstişkarlarına gözəl bir xəbər verərək sənətə geri dönəcəyini söyləmişdi. Yaya qədər albom çıxartmağı planlamadığını pərəstişkarlarıyla paylaşan Teoman beyinləri qarışdırmağa davam edir. Ayşe Kayayla 2005-ci ildə Amerikada evləndikləri iddiası ilə gündəmə gələn Teomanın yaya yaxın toy edəcəyini planladığını bildirib. Deyilənlərə görə hazırlıqlara başlayan Teoman, həyatında yeni bir səhifə açmağa hazırlaşır.