Milad Bayramı munasibəti ilə maralı formasında nəhəng velosiped hazırlanıb

17 Dekabr 2012 18:04 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Almaniyalı dizayner Didi Zenft Milad Bayramına saylı günlər qalmış bir vaxtda Santa Klaus üçün şimal maralı formasında velosiped hazırlayıb. Ştorkov şəhərində təqdim edilən velosipedin hündürlüyü 3.83, uzunluğu isə 4.38 metrdir. Berlindən olan 60 yaşlı dizayner, velosipedi öz adına oxşar, Rudi adlandırıb. Velosiped akkumlyatorla işləyən 2000 yaxın işıqla bəzədilib. Didi Zenft gündəlik istifadə üçün nəzərdə tutulmayan qeyri–adi velosipedlər əvəllər də yaradıb. Şövqlü dizayner Tur de Frans yarışları, Futbol üzrə Avropa çempionatı və şəhzadə Uilyamla Keytin toyu münasibəti ilə də xüsusi velosipedlər düzəldib. Onun əl işlərindən bəziləri Qinnesin rekordlar kitabına da düşüb. Bunlar arasına Dünyanın ən nəhənq, ən uzun və ən hündür velosipedləri daxildir.Didinin şəxsi muzeyində qeyri adi formada olan 120-dən artıq nadir velosiped nümayiş olunur.