NATO Əfqanıstanda qayıdarkən Bakı-Tbilisi-Qars dəmiryolunu istifadə edə bilər

17 Dekabr 2012 20:28 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, NATO qüvvələrinin 2014-cü ildə Əfqanıstandan qayıdarkən Cənub dəhlizinin istifadə etməsi üçün müzakirələrin davam etdiyini söyləyib. Elmar Məmmədyarov, Cənub dəhlizinin yalnız enerji dəhlizi kimi görülməməsi lazım olduğunu bildirib. Gələn il istifadəyə verilməsi planlanan Bakı-Tbilisi-Qars xəttinin üç ölkənin dəmiryolu sistemlərini bir-birinə bağlayacağını qeyd edən Məmmədyarov, bu xəttin bərələr vasitəsilə Orta Asiyaya da bağlana biləcəyini qeyd edib. NATO-nun 2014-cü ildə Əfqanıstandan çəkiləcəyini xatırladan Azərbaycanlı nazir, NATO qüvvələrinin bu yolu istifadə üçün müzakirələrin davam etdiyini bildirib.