Bağdadda baş verən partlayışlar nəticəsində ölənlərin sayı gündən-günə artır

20 Aprel 2012 18:30 (UTC+04:00)
Mövqe.az CNN-ə istinadən bildirir ki, İranın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, dünən səhər Bağdadda partlayışlar baş verib.Bu partlayışlar nəticəsində ən azı 31 nəfər həyatını itirib və 50-dən çox insan yaralanıb.
Kərkük də baş verən hadisədə isə iki avtomobil partlayıb.Partlayış zamanı  4 nəfər həyatını itirib, 9  polis daxil olmaqla 23 nəfər yaralanıb.
Belə hadisələrin hələ davam etməsi gözlənilir.
Ayın əvvəlində məmurların verdiyi xəbərə görə, 2003-cü ildə ABŞ-ın basqınından bu günə qədər ölənlərin sayın az olan ay mart ayıdır. Belə ki, Daxili İşlər Nazirliyinin hesablamalarına görə, mart ayında 112 insan vəhşicəsinə öldürülüb. Bunlardan, 78-i  mülki  əhali, 12-si İraq əsgəri  və  22-si  polis olub.
O vaxtdan sonra, ölənlərin sayı az olan ay 2009-cu ilin noyabr ayıdır. Ölkədə 122 ölüm qeyda alınıb.

Ziba Yusifova