Papa dopinq xəbərdarlığı edib

17 Dekabr 2012 18:24 (UTC+04:00)
Movqe.az xəbər verir ki, katoliklərin ruhani lideri Papa 16-cı Benediktus idmançıların əhəmiyyətli nailiyyətlər əldə etmək üçün dopinq istifadə etməmələrini söyləyib. 2012 London Yay Olimpiya və Paralimpik Oyunlarında mübarizə aparan, medal qazanan İtaliya Milli Komandasını  qəbul edən Papa 16-cı Benediktus idmançılara qaydalara hörmət olunması barəsində mesajlar verib. Bu ili inanc ili elan etdiklərini xatırladan Papa 16-cı Benediktus, idmanın insanın rəqabətci ruhuna da təsir edə biləcəyini deyib.