Aynişan Türkiyədə məzun oldu - FOTOLAR

14 İyun 2016 12:32 (UTC+04:00)

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyədəki təhsilini başa vurub. Movqe.az-ın məlumatına görə, bu barədə A.Haşımova xəbər verib: "Aynişan, məni necə xoşbəxt etdin. Təsəvvür edə bilməzsən. Allah hər kəsin balasını sevindirsin".

 


A.Quliyeva isə sosial şəbəkədə "Xəyalımdakı məzunluğum" şərhini yazıb.

 

Qeyd edək ki, A.Quliyeva İstanbul Baxçaşehir Universitetinin "Yüksək lisans, Marketinq və İctimaiyyətlə əlaqələr" fakültəsinin magistratura pilləsini bitirib.