Gürcüstanda soydaşlarımıza qarşı törədilən cinayətin arxasında kimlər durur?

18 Dekabr 2012 11:51 (UTC+04:00)

Politoloq Zərdüşt Əlizadə isə düşünür ki, Gürcüstunda qurulan demokratik hakimiyyəti zəiflətmək üçün kənar qüvvələr müxtəlif faktorlardan yararlanırlar: "Gürcüstanı zəiflətmək üçün etnik qarşıdurma yaratmaq istəyirlər. Bu, Şevardnadze, Saakaşvilinin də dövrlərində olub. Bu gün də var. Amma bu həmlələrin, hiylələlərin effekt verəcəyinə inanmıram. İndi etnik qarşıdurma dövrü keçib. Gürcüstan hökuməti kifayət qədər güclənib və separatizmə qarşı mübarizədə təcrübə qazanıb. Həmçinin Qərb dövlətləri də bu ölkəyə kifayət qədər dəstək verirlər. 5-6 azərbaycanlının evinə edilən hücumla bu ölkədə heç nəyə nail olmaq mümkün deyil. Biz bu məsələdə diqqətli olmalıyıq".