Qapı-qapı dolaşıb "qiyamət günü" fərziyyələrini yaydı

18 Dekabr 2012 14:02 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Çində qiyamət günü söz-söhbətləri getdikcə artmaqdadır. Mayya təqviminə görə, 21 dekabr 2012-ci ildə qiyamət günü olacağı söz-söhbətlərini yayan 101 nəfər nəzarət altına alınıb. Dövlət mediasına görə, son günlər "Böyük Allah" təriqətini yayan 8 nəfər şərqdəki Jianqsu bölgəsində də qiyamət fərziyyələrini yayamaq səbəbiylə həbs edilib. Çin qanunlarına görə, sözügedən təriqətə qoşulan və bu cür söz-söhbətləri yayanlara 3-7 il arasında həbs cəzası verilir. Polis bu şəxslərin dünyanın sonu ilə bağlı fərziyyələri qapı-qapı dolaşaraq yaydıqlarını qeyd edib.