ABŞ-dakı məktəb qırğını Almaniyaya təsir edib

18 Dekabr 2012 15:29 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-da 20-si uşaq olan 27 nəfərin dünyasını dəyişdiyii məktəb qətliamından sonra Almaniyada silah saxlama və silah satışının nəzarət altına alınması ilə əlaqədar müzakirələr yenidən gündəmə gəlib. Baden Vürttemberq Əyaləti Daxili İşlər naziri Reinhold Qal cəmiyyətin şiddət meylinə qarşı məlumatlandırılması lazım olduğunu bildirib. Almaniyada qeydiyyatdan keçmiş 17 milyon silahın olduğunu bildirən Baden Vürttemberq Əyaləti Daxili İşlər naziri Reinhold Qal bu ədədin çox çox olduğunu və bunun nəzərə alınması üçün işlərə davam ediləcəyini vurğulayıb. Nazir Gall, bir radioya verdiyi müsahibədə, silah əldə etmək istəyənlərin əvvəlcə çox yaxşı düşünmələri lazım olduğunu xatırladıb.