Min illik sirrin üstü açıldı
18 Dekabr 2012 17:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, "British Medical
Journal" jurnalında nəşr olunan araşdırmaya görə, III Ramzes
mumiyasının CT yoxlamasında fironun boğazında ölümcül bir kəsiyə
rast gəlinib. İtaliyadakı mumiyalar və Buz Adamlar İnstitutundan
paleopatolog Dr.Albert Zink, III Ramzes mumiyası ilə Krallar Vadisi
yaxınlığındakı bir məzarda olan və III Ramzesin oğlu şahzadə
Pentavereyə aid olduğu güman edilən bir cəsədi araşdırdıqlarını
söyləyib. Qahirədəki Misir muzeyində saxlanılan cəsədləri CT ilə
araşdırdıqlarını və DNT testi etdiklərini söyləyən Zink, CT
yoxlamasının III Ramzesin qırtlağının düz altında 7 santimetr
uzunluğunda dərin bir kəsik olduğunu göstərdiyini qeyd edib. Ancaq
iti bir bıçağın aça biləcəyi bu kəsiyin, qurbanın bir neçə dəqiqə
içində ölümünə gətirib çıxaracağı bildirilib. III Ramzes
mumiyasının daha əvvəl də araşdırıldığını, hətta rentgeninin
çəkildiyini, ancaq fövqəladə hər hansı bir şeyə rast gəlmədiyini
ifadə edən Dr. Zink, "CT yoxlaması, daha əvvəl kəşf edilməmiş
kəsiyi ortaya çıxarmağımıza köməkçi oldu. Şahzadə Pentavereyə aid
olduğu güman edilən mumiyanın boynunda da fövqəladə izlərə rast
gəldik. Bu adamın asıldığını ya da boğularaq öldürüldüyünü
düşünürük" deyib.