2 gündə 10 milyon dəfə yükləndi

18 Dekabr 2012 17:25 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, axtarış sistemi olan "Google"un proqramçılarından biri olan Jeff Huber cümə günü satışa çıxan "Google Maps"in 48 saat ərzində 10 milyon dəfə yükləndiyini öz statusunda qeyd edib.
Daha əvvəllər də IOS əməliyyat sistemli qurğulara inteqrasiya kimi gələn "Google Maps" tətbiqi, "Apple" tərəfindən əməliyyat sistemindən çıxarılmış və özünün xəritəsi olan "Apple Maps"i cihazlarına inteqrasiya etmişdi.
Bundan sora "Google" IOS istifadəçiləri üçün "Google Maps" tətbiqini inkişaf etdirəcəyini dilə gətirib, gələn reaksiyalar nəticəsində Apple, Google Maps yenidən İOS'da istifadə edilə biləcəyini açıqlayıb.
Qeyd edilən proqram IOS 5.1 sistemli cihazlarda istifadəyə təqdim edilir.