Soyuq hava 6 ölümə səbəb olub

18 Dekabr 2012 18:05 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rusiyada təsirini artırmağa davam edən soyuq hava səbəbindən ölkənin şərqində son 24 saatda 6 nəfər dünyasını dəyişib. Səhiyyə Nazirliyi, soyuq səbəbindən 220-dən çox insanın yaralandığını və 103 nəfərin xəstəxanaya qaldırıldığını bildirib. Sibirdəkı hava istiliyinin təxminən -50 dərəcə olduğunu vurğulayan paytaxt Moskvada temperaturun -19 dərəcəyə qədər düşdüyü qeyd edilib. Rusiyanın şərqində yerləşən Maqadan bölgəsində isə -51 dərəcəyə çatan temperatur səbəbilə məktəblərdə təhsilə ara verildiyi bildirilib. Dağıstanın paytaxtı Mahaçqala hava limanında da ifrat soyuq və qar yağışı üzündən 20 təyyarə səfərinin təxirə salındığı ifadə edilib.