Bill Klintonun həyatı ilə bağlı film çəkiləcək
18 Dekabr 2012 17:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, Məşhur amerikalı
rejissor Martin Skorses, keçmiş ABŞ Prezidenti Bill Klintonun
həyatı haqqında sənədli film çəkəcəyini bildirib. Skorses,
Klintonun beynəlxalq arenada güclü bir təsirə sahib biri olduğunu
söyləyərək, bu qeyri-adi siyasətçini bütün istiqamətləriylə ekrana
əks etdirmək istədiyini bildirib. Klinton isə prezidentlik
dövründəki təcrübələrini paylaşmaq üçün səbirsiz olduğunu dilə
gətirib. "Taxi Driver" (1976) və "Goodfellas" (1990) filmlərinin də
rejissorluğunu edən Skoses, müğənni Bob Daylanın həyatından bəhs
edən "No Direction Home" (2005) və "Beatles" qrupu üzvlərindən Corc
Harrisonu izah edən "Corc Harrison: Materialist bir Dünyada
Yaşamaq" (2011) sənədli filmləri "Emmy" mükafatına layiq görülüb.
Klintonla bağlı çəkilən sənədli filmdə, 66 yaşlı keçmiş prezidentin
2 dövrlük prezidentlik həyatından əlavə sonrakı həyatı və ABŞ
dövlət katibi Hillari Klinton ilə evliliyinə də yer veriləcək.
1993-2001-ci illər ərzində ABŞ-a başçılıq edən Bill Klinton,
Amerika tarixinin ən maraqlı prezidentlərindən biri kimi tanınır.