İran xalqına qadağandır, ama ona yox!

18 Dekabr 2012 17:19 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İranın dini lideri Ayətullah Əli Xameneyi öz ölkəsində qadağan olan "Facebook"a üzv olub. Xameneyi vaxtaşırı fotoşəkillərlə də "Twitter" və "Instagram"ı da istifadə edir. Amerika mərkəzli "Facebook" və "Twitter", İran İslam İnqilabından bu yana sıx etirazlarıdan sonra ölkədə qadağan edilib. Amma indi İranın ən güclü şəxsi, İranın daxili və xarici siyasətində son sözü söyləyən dini lider Ayətullah Əli Xameneyi "Hamaney.ir" hesabı ilə Facebookdadır. 13 dekabrda açdığı hesabda 73 yaşlı Xameneyinin fotoşəkilləri, nitqləri və şərhləri var. Rəsmi hesaba ilk yüklənən fotoşəkillərdən biri Xameneyinin İran İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyni ilə göstərən kadr olub.