Keti Xolmsdan qızına 50 min dollarlıq hədiyyə

18 Dekabr 2012 18:07 (UTC+04:00)
Movqe.Az bildirir ki, Tanınmış aktrisa Keti Xolmsun qızı üçün yeni il qabağı sərf etdiyi xərclər olduqca yüksək olub. Uşağın özünü yaxşı hiss etməsi ona baha başa gəlib və Keti Xolms bunun funt sterlinq ve dollarla qiymətinin nə qədər olduğunu çox yaxşı bilir. Belə ki, aktrisanın qızı Suri üçün aldığı bayram hədiyyələri təxminən 50 min dollar həcmində olub. Güman edilir ki, Keti Xolms eri Tom Kruzla boşandığına görə özünü qızının yanında günahkar hiss edir, yoxsa bu yeni il qabağı edilen xərcləri başqa cür izah etmək qeyri-mümkündür. Yeqin ki, bu 2012 ci il  6 yaşlı Suri Kruzun yaddaşında parlaq izlərlə həkk olunacaq, axi o bu il inanılmaz hədiyyələr alacaq. Bu hədiyyələrə, "Victorian" stilli oyuncaq ev, mini "iPad", uşaq versiyalı Mersedes, "Ralph Lauren"dən geyimlər və "Chole"dən palto daxildir. Siyahida olan hədiyyələrdən ən bahalısə "Victorian" stilli olub. Bu kiçik evi həyətdə quraşdırmaq nəzərdə tutulub və evə su, elektrik xətti də çəkiləcək. Evcik Keti Xolmsa texminen 25 min dollara başa gəlib.