BSU-da “Səfir saatı”
18 Dekabr 2012 17:28 (UTC+04:00)
Həmişə fərqli layihələri ilə seçilən Bakı Slavyan Universitetinin
özünəməxsus formatda təşkil etdiyi "Səfir saatı" klubunun dekabrın
8-də növbəti qonağı Niderland Krallığının ölkəmizdəki Fövqəladə və
Səlahiyyətli səfiri cənab Aryen Uyterlinde oldu. BSU-nun rektoru,
AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev auditoriyanı
salamlayaraq qonağı təqdim etdi: "Çox şadam ki, bu "Səfir saatı"
klubunun növbəti qonağı artıq ikinci dəfə universitetimizə təşrif
buyurmuş cənab Aryen Uyterlindedir. BSU-nun tələbələri ilə görüş
onun üçün çox maraqlıdır və güman edirəm ki, Aryen Uyterlinde ilə
ünsiyyət sizin üçün də son dərəcədə maraqlı olacaq, çünki o
həqiqətən də Niderlandın səfiri olmaqla yanaşı,bir şəxsiyyət kimi
də çox maraqlı insandır". "Onunla dünya mədəniyyəti, elm, təhsil,
ədəbiyyatla, bağlı olduqca məzmunlu və faydalı söhbət alına bilər"
deyən rektor tələbələri qonaqla fəal müzakirəyə dəvət etdi.
Çıxışının sonunda K.Abdullayev səfir Aryen Uyterlindeyə universitet
kollektivi ilə görüşə gəldiyinə görə dərin təşəkkürünü və bu
ünsiyyətin gələcəkdə davam edəcəyinə ümidvar olduğunu bildirdi.
Səfir Aryen Uyterlinde dəvətə görə universitet rəhbərliyinə
təşəkkür etdi və bildirdi ki, bugünki görüşün mövzusu Hollandiyanı
bir ölkə kimi BSU tələbələrinə daha yaxından tanıtmaqdır. Tədbirdə
Niderlandın bugünki iqtisadi gücü, kənd təssərrüfatının müasir
durumu, turizmin inkişafı ilə bağlı maraqlı videofilm nümayiş
olundu.
Dünya və Avropa Birliyi və iqtisadiyyatında öz ölkəsinin rolundan
danışan səfir A.Uyterlinde Niderlandın beynəlxalq əlaqələri,
iqtisadiyyatı, tarixi və mədəniyyəti, haqqında tələbələrin verdiyi
sualları da səmimi cavablandırdı.
Sonda qonaq tələbələrlə xatirə şəkli çəkdirdi, BSU-nun Fəxri
qonaqlar kitabına ürək sözlərini yazdı.