Boşanmaların sayı ən yüksək həddə çatıb

18 Dekabr 2012 18:44 (UTC+04:00)
Movqe.Az bildirir ki, Cənubi Amerika ölkəsi Braziliyadakı boşanma sayında keçən il "rekord artım" müşahidə olunub. Braziliya Statistika Təşkilatı tərəfindən nəşr olunan hesabatda, 2011-ci ildə ölkədə baş verən boşanma sayının 350 mindən çox olduğu, bu ədədin əvvəlki ilə nisbətən 46 faiz artdığı göstərilib. Katolik məzhəbinə üzv sayının ən yüksək olduğu ölkələrdən biri olan Braziliyadakı bu artımın səbəbinin, boşanma əməliyyatının daha sürətli və asanlıqla həyata keçirilməsini təmin edən qanunun məclisdən keçməsiylə əlaqədar olduğu bildirilib. Əvvəlki qanuna görə, hakimin təsdiqiylə braziliyalı evli cütlüklərin bir il ayrı olaraq yaşamasından sonra boşanma müraciətləri qəbul edilirdi. Yeni qanunda isə bu müddətin ləvğ olunduğu bildirilib. Hesabata görə, keçən ilki boşanma sayı ölkədə 1984-ci ildən bu yana görülən ən yüksək rəqəmə çatıb.