KİVDF Lənkəran şəhərində konfrans keçirib
18 Dekabr 2012 17:46 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat
Şurası və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə dekabrın 18-də Lənkəran şəhərində yerləşən "Heydar Əliyev
Mərkəzində" regional konfrans keçirilib. "İnforormasiya əldə etmək
haqında Azərbaycan Respublikası qanunvericviliyinin izahı ilə bağlı
regional KİV-lərin maarifləndirilməsi" layihəsi çərçivəsində
keçirilən tədbirdə ölkənin cənub bölgəsində fəaliyyət göstərən həm
elektron, həm də çap KİV-lərin təmsilçiləri iştirak ediblər.
Konfransa həmçinin, Bakıda fəaliyyət göstərən ümumrespublika
yayımlı KİV-lərin rəhbərləri və təmsilçiləri qatılıblar.
Yığıncaqda regional KİV-lərlə icra strukturlarının qarşılıqlı
əməkdaşlığı məsələləri müzakirə edilib. Konfransın açılışında çıxış
edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru
Vüqar Səfərli KİV-lərlə icra strukturlarının əməkdaşlığının
genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Vüqar Səfərli
bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27
dekabr 2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycanda
Respublikasının insan hüququ və azadlıqlarının müdafiəsinin
səmərəliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı"nı
təsdiq edib. Proqrama əsasən əhalinin informasiya əldə etmək
sahəsində maarifləndirilmə tədbirlərinin həyata keçirilməsi və
informasiya almaq hüququnun səmərəli təmin edilməsi icra orqanı
kimi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fonduna həvalə edilib: "Fond Proqramın icrası ilə bağlı
respublikamızın müxtəlif rayon və şəhərlərində konfrans, seminar və
təlimlər keçirir. Belə tədbirlərin keçirilməsi mətbuat orqanları
ilə dölət qurumları arasında münasibətlərin formalaşması və məlumat
azadlığının inkişafı baxımından əhəmiyyətlidir". Vüqar Səfərli eyni
zamanda fondun fəaliyyəti barədə də, yığıncaq iştirakçılarına
məlumat verib.
Konfransda Azırbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış
edərək "informasiya əldə etmək haqqında" qanunun jurnalistlərə
verdiyi hüquqlardan söz açıb.
Bundan sonra Fondun eksperti, hüquqşünas Aydın Kərimov "İnformasiya
əldə etmək haqqında" Azərbaycan Respublikası qanunu, ona əlavə və
dəyişikliklər barədə məruzə ilə çıxış edib. O, "İnformasiya əldə
etmək haqqında" qanunun və Milli Fəaliyyət Proqramının medianın
fəaliyyəti üçün yaratdığı üstünlükləri şərh edib.
Konfransda, paytaxtda fəaliyyət göstərən ümumrespublika yayımlı
KİV-lərin rəhbərlərindən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar
Rəhimzadə çıxış edərək "İnformasiya əldə etmək haqında" Azərbaycan
Respublikası qanununun jurnalistlərə informasiya əldə etmək
sahəsində verdiyi imtiyazlardan danışıb.
"Respublika" qəzetinin cənub zonası üzrə müxbiri Əlisafa Həsənov,
Cəlilabad rayonunda fəaliyyət göstərən "Yeni Gün" qəzetinin
redaktoru Böyükxan Bağırov mövzu ətrafında fikirlərini bölüşmüş,
belə hüquqi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini
vurğulayıb və maraqlı təkliflərlər də çıxış ediblər.
Sonda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli regional KİV-lərin
inkişafı üçün Fondun nəzərdə tutuduğu layihələr barədə geniş
məlumat verib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
O, tədbirin təşkilinə şərait yaratdığı üçün icra başçısı Taheh
Qaraşova öz təşəkkürünü bildirib. Tədbirdə konfrans iştirakçılarına
Fondun maliyyə dəstəyi ilə çap edilmiş "informasiya əldə etmək
haqqında" toplu paylanılıb. Kitabçada vətəndaşlara informasiya
almaq hüququnun təmin edilməsi yönümündə qanun və normativ hüquqi
aktlar öz əksini tapıb.