Məşhur aktyor "Kurtlar Vadisi Pusu"nu tərk etdi
21 İyun 2016 10:30 (UTC+04:00)
Türkiyədə yayımlanan ən reytinqli seriallardan
olan "Kurtlar Vadisi Pusu"nu daha bir aktyor tərk
edib.
Movqe.az big.az-a istinadən xəbər verir ki, iki il
əvvəl Hollywooddan bu kinoya transfer olunan məşhur aktyor Özgür
Teke kino ilə vidalaşıb.
"Kurtlar Vadisi Pusu"nun ötən həftə çəkilən sezon
finalı bölümündə vacib rollardan birini canlandıran Mister Ozi
digər obraz Karun tərəfindən kürəyindən bıçaqlanaraq öldürülür.
"Ozi" obrazının heyranları bu səhnədən sonra Özgür Tekeyə təriflər
yağdırıb.