"Canlı Barbie" Türkiyədə: "Əməliyyat masasına uzanmaq məni xoşbəxt edir" - FOTOLAR
21 İyun 2016 18:00 (UTC+04:00)
Cizgi film obrazı Cessika Rebbitə bənzəmək üçün bu
günə kimi 17 dəfə plastik əməliyyat etdirən Piksi Foks
Türkiyədədir.
Movqe.az big.az-a istinadən xəbər verir ki, 26 yaşlı model türkiyəli
jurnalistin suallarını cavablandırıb.
O, müsahibəsində bədənini sənət əsərinə çevirməkdə
məqsədinin pul qazanmaq olduğunu deyib:
"Psixologiyamın normal olduğuna inanıram. Daha
öncə başqa işlərdə işləmişəm. Amma alınmayıb. İndi bədənimi sənət
əsərinə çevirirəm. Bu sənət əsərini dünyanın bir çox ölkəsində
nümayiş etdirərək pul qazanıram".
Piksi əməliyyat etdirməkdən zövq aldığını etiraf
edib:
"Bu mənim üçün böyük həyəcan deməkdir. Məsələn,
hansısa istirahət mərkəzinə getməklə əməliyyat etdirmək arasında
seçim etməli olsam, ikincini seçərəm. Əməliyyat masasına uzanmaq
məni xoşbəxt edir. Ölməkdən qorxmuram".
Piksi ən böyük probleminin isə bədəninə uyğun
geyim tapmamaq olduğunu vurğulayıb. Model estetik əməliyyat
həvəskarı sevgili tapmaqda da çətinlik
çəkir.
"Botoks etdirən və üz dərisi qüsursuz olan bir
adamla tanış olmaq istəyərdim", deyən Piksi bu gün İstanbulda 18-ci
əməliyyatını etdirəcək.
Xatırladaq ki, Piksi bu günə kimi əməliyyatlara
ümumilikdə, 145 bin dollar xərcləyib.