Yer kürəsinə oxşar planet kəşf edildi

19 Dekabr 2012 15:15 (UTC+04:00)
Movqe.Az bildirir ki, İnsan bir tərəfdən kainatda tək olub olmadığı ilə maraqlanır, digər tərəfdən isə dünya ilə bağlı qaynaqlara nəzər salaraq alternativlər axtarır. Bu axtarışlar nəticəsində, həyat şərtləri meydana gələ biləcək yer kürəsinə oxşar bir planet kəşf edilib. Planet, yer kürəsindən 12 işıq ili uzaqlıqda, günəşə bənzər bir ulduz olan Tau Kita sistemində yerləşir. Yer kürəsinə ən yaxın sistem olan Tau Kita ulduzu ətrafında 5 planet var. Planetlər ulduz ətrafındakı dövrlərini, 14 ilə 640 gün arasında tamamlayır. Bu planetlərdən sistemin orta seqmentlərində yerləşən birində həyat ola biləcəyi söylənilir. Bu planet nə çox isti, nə də çox soyuqdur. Planetdə su da tapıla biləcəyi güman edilir. Həyat şərtlərinin olub-olmadığını araşdırmaq məqsədiylə aparılan araşdırmalarda 200-ü yer kürəsi ilə eyni ölçülərdə 2 mindən çox planet kəşf edilib.