Şaxta babalar -36 dərəcədə rəqs edib

19 Dekabr 2012 15:04 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rusiyanın "Kemerovo" bölgəsinə yığışan  minə yaxın şaxta baba küçəyə çıxaraq rəqs edib. Onlar mənfi 36 dərəcə soyuğa fikir vermədən rəqs edərək yeni ili qeyd edib. "Sovetov" meydanında toplanan və "Hər cür havada rəqs edərik" şüarı deyənlər arasında uşaqlar və yaşlıların olması diqqət çəkib. Bundan əlavə yerli xalqdan olan cütlüyün onlarla birlikdə rəqs etməyə başlaması böyük maraq görüb. Rəqs nümayişinin sonunda rəqsdə iştirak edənlər ən yaxşı şaxta babanı seçmək və isti çay içmək üçün şəhər teatrına keçib.