Bitkilər də qoxuları ayıra bilir

19 Dekabr 2012 15:48 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-da "yəhudi otu" adlı bitki üzərində aparılan elmi araşdırma, bu bitki növünün qoxuları ayırd edərək reaksiya verdiyini məlum edib. Tədqiqatçılara görə, erkək meyvə böcəklərinin qarşı cinsi cəzb etmək üçün yaydıqları qoxunu hiss edən yəhudi otu, yumurtalarını yerləşdirmək üçün köklərini deşərək özlərinə zərər verən dişiləri uzaq tutacaq bir kimyəvi müdafiə ilə özlərini qoruyur. Elm adamları, dişi meyvə böcəklərinin yumurtalarının erkək meyvə böcəklərinin yaydığı qoxuya məruz qalmayan bitkilərə nisbətən təxminən 4 qat çox qoxu buraxdıqlarını təyin ediblər. Araşdırmanı aparan "Penn State" ali məktəbindən böcəklər üzrə alimlər, son illərdə bitkilərin aldıqları qoxulara qarşı reaksiya verdiklərinin getdikcə artdığını söyləyiblər. Bu araşdırma "Proceedings of the National Academy of Sciences" adlı elmi jurnalda nəşr edilib.