Can qurtaranda özləri öldü

19 Dekabr 2012 16:09 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Pakistanda Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi layihə çərçivəsində icra edilən uşaq iflici peyvənd kampaniyası ölkədə sağlamlıq işçilərinə istiqamətləndirilmiş hücumlar səbəbiylə dayandırılıb. Üç gündür davam edən hücumlarda doqquz sağlamlıq işçisinin öldürüldüyü Pakistanda Birləşmiş Millətlər Uşaqlara Kömək Fondu UNICEF və Ümumdünya Sağlamlıq Təşkilatı uşaq iflicinə qarşı həyata keçrdikləri peyvənd kampaniyasını dayandırdıqlarını bildirib.

Dünən 20 dəqiqəlik müddətdə öldürülən dörd qadın sağlamlıq işçisi Taliban tərəfindən agent olmaqla günahlandırılıb. Bu gün də Peşaver şəhərində fərqli zamandlarda həyata keçirilən hücumlarda biri şofer olan dörd sağlamlıq işçisi həlak olub. Xatırladaq ki, Federal səhiyyə nazirliyi, UNICEF-in də dəstəklədiyi layihə 5,2 milyon uşağa iflic peyvəndi etməyi planlaşdırırdı.