"Nokia" da tablet istehsal edəcək

19 Dekabr 2012 17:09 (UTC+04:00)
Movqe.Az bildirir ki, Nokianın mobil texnologiya cərəyanına uyğun gələrək bir tablet kompüter çıxaracağı söz-söhbətləri texnologiya dünyasını bürümüş vəziyyətdədir. "Lumia" ardıcıllığıyla telefon bazarında güc qazanan Nokia, bir çox texnologiya nəhəngi kimi tablet kompüter çıxarmağa hazırlaşır. Bu məlumatın qaynağı isə texnologiya saytlarına müsahibə verən Nokia rəsmiləridir. "Digitimes" saytına müsahibə verən və adının açıqlanmasını istəməyən qaynaqlar, Nokianın çip istehsalçısı "Qualcomm" ilə danışıqlar apardığını və tablet kompüteri üçün "Snapdragon S4" prosessorunu istifadə etmək istədiyini bildiriblər. Bundan əlavə, "Microsoft"un "Surface" tabletini təqdim etməsiylə, Nokianın tablet layihələrinin təxirə salındığı söylənilib. Verilən məlumatlara görə, Nokia 2012-ci ilin birinci rübündə bir "Windows" tablet təqdim etməyi planlaşdırıb. Hətta, 200 min məhsulun test edilməsi üçün tayvanlı elektron məhsul montajçısı "Compal Electronics" ilə razılaşma da edib. Lakin "Microsoft"un öz tabletini təqdim etməsi və finlandiyalı idarəçilərin yeni əməliyyat sistemi haqqında şübhələri, Nokia tablet kompüteri üzərindəki layihəni təxirə salıb.