Transeksual model "first lady"ni təqlid edib
19 Dekabr 2012 16:30 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-ın "first
lady"si Mişel Obama transseksual bir model tərəfindən təqlid
edilib. "Candy" adlı jurnalın beşinci nömrəsi üçün şəkil çəkdirən
model Konnie Fleminq üz qabığı fotoşəkilində bir əlində İncilə and
içrkən görülüb. Mişel Obamanın transseksual təqlidi digər şəkildə
ABŞ bayrağıyla görülür. Jurnalın redaktoru Luis Veneqas, "Xüsusilə
də üz qabığındakı hekayəni çox sevdim. İlk dəfə idi ki, çox da
məşhur olmayan, amma möhtəşəm, gözəl qara dərili bir transseksual
qadın, Mişel Obamaya çox bənzəyən bir siyasətçi görüntüsündə idi"
ifadəsini işlədib. Veneqas, "Bir gün qara, transseksual bir qadının
ABŞ prezidenti ola biləcəyi fikirindən ilham aldıq" deyə əlavə
edib. Mişel Obamadan hələ reaksiya gəlməsə də, ABŞ-dakı mühafizəkar
dairələr Fleminqin bir şəklində əlini İncilə basaraq and içməsini
tənqid edib.