Zuçerberqin 498.8 milyon dollarlıq hədiyyəsi

19 Dekabr 2012 16:43 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Facebook"un CEO-su Mark Zuçerberq xeyriyyə sevənləri qısqandıracaq bir hədiyyədə bağışlayıb. 28 yaşlı CEO Silikon Vadisi Cəmiyyət Vəqfinə 498.8 milyon dollar hədiyyə edib.
Dünyanın ən böyük sosial şəbəkəsinin rəhbəri olan Zuçerberq dünən verdiyi açıqlamada "Facebook"un 18 milyonluq hissəsini sağlamlıq və təhsil sahəsində fəaliyyət göstərən vakıfa bağışlayacağını deyib. Müzakirə mövzusu olan hissələrin cəmi dəyəri təxminən 500 milyon dollara bərabərdir.
Zuçerberq hədiyyə açıqlamasını "Facebook" səhifəsində də yayımlayıb. Gənc rəhbər "İki il əvvəl Priscilla (həyat yoldaşı) və mən" The Giving Pledge "kampaniyasına imza ataraq qazandığımız pulun böyük hissəsini bağışlayacağımızı bəyan etmişdik. "Newark"a təhsil üçün verdiyimiz ilk hədiyyədən böyük qürur duyuruq. Bu gün, yeni layihələrin təməlinin atılmasında kömək olmaq üçün "Facebook"un 18 milyon hissəsini bağışlayırıq "deyib.
Zuçerberq 2010-ci ildə Nyu Cersi şəhərinin mərkəzi "Newark"a dövlət məktəblərində istifadə edilməsi üçün 100 milyon dollar hədiyyədə etmişdi. "The Giving Pledge" kampaniyası, ABŞ vətəndaşı olan zənginlərin hədiyyə etmə reflekslərini artırmaq üçün təşkil edilən layihə kimi tanınır.