Yeni iqtisadi böhran olacaq
19 Dekabr 2012 18:07 (UTC+04:00)
Movqe.az xəbər verir ki, BMT 2013-cü
ildə Dünya İqtisadi vəziyyəti (WESP) hesabatında iqtisadiyyat üçün
narahat olduqlarını bildirərək bir çox ölkədə böhran ola biləcəyi
xəbərdarlığını edib. Hesabatda 2012-ci il iqtisadiyyatındakı
sabitliyin növbəti iki ildə də davam edəcəyi deyilib. Birləşmiş
Millətlər Təşkilatının İqtisadi və Sosial işlər Bölümü (UN / Desai)
ilə 5 fərqli BMT təşkilatı tərəfindən hazırlanan hesabatın nəticəsi
mətbuat nümayəndələrinə təqdim edilib. Hesabata görə iqtisadi
artımın 2013-cü ildə 2,4 faiz, 2014 -cü ildə isə 3,2 faiz olması
nəzərdə tutulub. Hesabatı hazırlayan komitənin rəhbəri Robert Vos
2008-ci ildə yaşanan iqtisadi böhrandan sonra başlayan işsizlik
problemin həll üçün 5 ildən çox bir zamana ehtiyac olduğunu
bildirib. Avropadakı iqtisadi böhranın, ABŞ-dakı "maliyyə
problemi"nin və Çin iqtisadiyyatındakı yavaşlamanın yeni bir qlobal
böhrana səbəb ola biləcəyini deyən Vos "Hər bir risk, qlobal
istehsalı 1-3 faiz azalda bilər" deyib.