Ərəb şahzadəsinin dəbdəbəli həyatı FOTOLARDA
24 İyun 2016 21:30 (UTC+04:00)
Müasir şahzadələrin vəliəhdlərinin həyatı əsl şərq
nağılını xatırladır. Ən bahalı maşınları, ən dəbdəbəli yaxtaları və
özəl təyyarələri birinci onlar alır. Belə varislərdən biri də 32
yaşlı şahzadə Şeyx Həmdandır. Həmdan bin Məhəmməd bin Rəşid şeyx
Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Dubay
şahzadəsidir. Dubay əmirliyinin şeyxini tez-tez Ələddinlə müqayisə
edir və onu planetin ən qibtə ediləsi nişanlısı
adlandırırlar.
Dubay şəhər şurasının sədri, Dubay Əmirliyi idman
komitəsinin prezidenti, gənclər biznesinin dəstəklənməsi liqasının
və Dubay autizm tədqiqatlar mərkəzinin fəxri himayədarı şeyx Həmdan
hələ ki subaydır. Həmdan yalnız dövlət işlərində deyil, həm də
xeyriyyə layihələrində iştirak edir və aztəminatlı ailələrin
hüquqlarını qoruyur. Şeyx Həmdan misli görünməmiş var-dövlətə
sahibdir (18 milyard). O, kral ailəsinə səciyyəvi olan ovçuluq,
atçılıq və "Formula-1" yarışı ilə maraqlanır.
Movqe.az publika.az-a istinadən bu şahzadənin həyatı haqqında
maraqlı məlumatları təqdim edir:
Həmdan bin Məhəmməd bin Rəşid gözəl təhsilə
malikdir. Dubay əmirinin oğlu boş vaxtlarında atası kimi şeirlər
yazır. Onun şeirləri əsasən vətənpərvərlik mövzusundadır. O,
şeirlərini Fazza ləqəbi ilə dərc etdirir. Bu söz sürət və uğur
mənasında işlənir.
Şeyx Həmdan bin Məhəmməd əl-Məktum bin Rəşid aktiv
instaqram istifadəçisidir. Sosial şəbəkədə dəbdəbəli həyatından
kadrlar paylaşmağı sevən şahzadəyə çoxları həsəd aparır. Şahzadənin
instaqram səhifəsini 4 milyondan çox insan izləyir. Həmdan foto
sənəti ilə yaxından maraqlanır və tez-tez şəxsi səhifəsində şəkli
düzgün və keyfiyyətli çəkməklə bağlı öz məsləhətlərini
verir.
Əlahəzrət mahir at minicisidir. O, Asiya Olimpiya
oyunlarında qızıl medal qazanıb. Ümumiyyətlə, ərəb şeyxi istənilən
nəqliyyat vasitəsini almağa və istifadə etməyi özünə rəva görə
bilər. Bu, xalis ərəb atı, dəvə, fil, velosiped, bahalı maşınlar,
limuzin eləcə də reaktiv təyyarə və s. ola bilər. Dəvələrinə çox
pullar xərcləyir. Şahzadə Avropada olanda isə daha çox velosipeddən
istifadə edir.
O, ovçuluğa, ekstremal idman növlərinə xüsusi
maraq göstərir. Şeyx Hamdan heç bir milyarderin cəsarəti etmədiyi
idman növləri ilə məşğul olur. Buna hündürlükdən tullanma kimi
təhlükəli idman növlərini misal göstərmək olar. Əlahəzrət dayvinq
və serfinqi də çox sevir.
Xatırladaq ki, gənc şeyx bir neçə il əvvəl
Azərbaycanda da olub. Ölkəmizə 10-15 nəfərlik qohum-dostları ilə
birgə gələn şahzadə Bakıda bahalı otellərdən birində
gecələmişdi.
Paytaxtın görməli yerlərini gəzən Hamdan daha
sonra dostları ilə birlikdə Hacıqabul rayonunun Qarasu və Muğan
kəndlərində şahin və bəzgək quşları ovlamışdı. Dubay Şahzadəsi
səfəri zamanı Qəbələdə də olub, kanatda gəzmişdi.