Ölümü ilə bağlı faktlara yenidən baxılacaq

19 Dekabr 2012 17:49 (UTC+04:00)
Movqe.az xəbər verir ki, 23 iyul 2011-ci ildə London Kamdendəki evində dünyasını dəyişən Emi Vaynhauzun ölümüylə əlaqədar yenidən istintaq başladılacaq. İstintaqın yenilənməsinin səbəbi olaraq müfəttiş hadisə ilə əlaqədar araşdırmanı icra edən Suzan Qrinveyin bu səlahiyyətinin olmadığını bildirib. Xatırladaq ki, Qrinvey 2009-ci ilin iyul ayında Şimali London Məhkəməsinə assistent sorğu hakimi olaraq təyin edilmişdi.