Fermerlərə verilən subsidiyalarda dəyişiklik ediləcək

21 Aprel 2012 12:27 (UTC+04:00)

Azərbaycanda fermerlərə verilən subsidiyalarda dəyişiklik ediləcək. Bunu jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov bildiribOnun sözlərinə görə, fermerlərə verilən subsidiyaların əsasən nağd pulla yox, müxtəlif gübrələr dərman preparatlarla verilməsi təklif olunub. 2009-cu ildə Azərbaycan tarixində ilk dəfə olaraq ölkədə 3 milyon ton buğda buğda məhsulları istehsal olunub. Təəssüflər olsun ki, sonrakı illərdə təbiətin şıltaqlığı nəticəsində istehsalın səviyyəsi aşağı düşüb. Nazir deyib: "Fermerlərə verilən subsidiyalar düzgün istifadə olunmur. Bizim tələbatımızın cəmi 10% üçün gübrə istifadə olunur. Bu da taxıl məhsullarının aşağı düşməsi ilə nəticələnir. Azərbaycanda taxılın orta məsul səviyyəsi hər hektara 25 sentner düşürsə, biz ilkin mərhələdə bunu 35 sentnerə çatdıra bilərik. Əgər verilən subsidiyalar nağd pulla deyil, gübrə məhsulları ilə verilsə, ölkədə taxıl istehsalı arta bilər. 2012-ci ildə Azərbaycanda 2,7 milyon ton taxıl məhsulu proqnozlaşdırılsa, biz bunu 3,6 milyon tona çatdıra bilərik. Bunun üçün fermerlərə subsidiyaların verilməsində dəyişikliklər olacaq. Hazırda məsələyə Maliyyə Nazirliyində Nazirlər Kabinetində baxılır".