Cənubi Koreyanın ilk qadın dövlət başçısı

19 Dekabr 2012 17:58 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Cənubi Koreyadakı prezident seçkilərində mühafizəkar namizəd Park Qeun-Hye qalib olub. Güclərin bərabərliyi şəraitində keçən mübarizəni Park rəqibi Mun Jaeini kiçik üstünlüklə məğlub edib. Seçki qutusundan çıxan səs sayına görə 50,1% Park, 48,9% isə onun rəqibi toplayıb.
50 milyon əhalisi olan ölkədə aktivliyin yüksək olduğu müşahidə edildiyi vaxtda səsvermənin nəticələri seçki qutularının bağlanmasından dərhal sonra açıqlanıb.