12 illik evlilik xəyanətə görə bitdi

28 İyun 2016 10:00 (UTC+04:00)
"Oskar" mükafatlı aktyor Nikolas Keyc 12 ildir evli olduğu Alise Kimdən ayrılmaq qərarını verib.

Movqe.az-ın axşam.az-a  istinadən məlumatına görə, buna səbəb həyat yoldaşının aktyora xəyanət etməsi olub. İkili boşanma qərarını mediadan gizlətməyə çalışır.

Qeyd edək ki, 52 yaşlı N.Keyc 32 yaşlı Kimlə 2004-cü ildə onun ofisiant olaraq işlədiyi restoranda tanış olub. İki ay sonra nişanlanan cütlüyün hazırda 10 yaşlı oğulları var.