İstanbulun Atatürk Hava Limanı fəaliyyətini bərpa edib.
Movqe.az-ın Milliyet qəzetinə istinadən verdiyi
məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım
bildirib.
"Biz hava limanını açdıq, aviadaşımalar bərpa olunub", - baş nazir
bildirib.
Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanı bu gecə terrorçu-kamikadzelərin hücumuna məruz qalmışdı. Hadisə nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.