Bu balıqlar süd ilə bəslənirlər

20 Dekabr 2012 15:07 (UTC+04:00)
Movqe.Az bildirir ki, Tailanddakı balıq istehsal mərkəzləri, bala balıqlara əmzik ilə süd vermə ənənəsini ticarətə yayaraq, xərclərini aşağı salmağı bacarıblar. Balıq istehsal mərkəzinə gələnlər, təxminən 1 dollara içində süd və yem olan əmziklər satın alaraq əlləriylə balıqlara içirirlər. Daha çox xarici turistlərin balıqlara əmziklə süd verməyə maraq göstərdiyi müşahidə olunur. Bu üsulla həm gəlir əldə edən, həm də balığı pulsuz bəsləyən istehsalçılar istehsal mərkəzlərinin səliqəli olmasına böyük diqqət göstərirlər. Əmzik ilə bəslənən dekorativ balıqlar yerli və xaricdəki böyük akvaryumlara satılır.