"KFC" və "McDonaldchr("39")s"ı ətlə təchiz edən fabriklərdə skandal

20 Dekabr 2012 16:05 (UTC+04:00)
Movqe.Az bildirir ki, Çində olan ayaqüstü yemək (fast food) sektorundakı Amerika nəhəngləri "KFC" və "McDonald's"ı toyuqla təchiz edən iki zavodun toyuqlara həddindən artıq antibiotik vurmaqları səbəbiylə istehsalı dayandırılıb. Çinli səlahiyyətlilər, toyuqlar üzərində test etdiklərini və nəticənin bu gün açıqlanacağını bildiriblər. "Şanxay Gündəliyi" qəzetinin xəbərinə görə, hadisənin dövlət televiziyası "CCTV" vasitəsilə yayımlanmasından sonra "KFC" və "McDonald's"a toyuq göndərən iki fabrikin istehsalı dayandırılıb. Xəbərdə, Şanqdonq əyalətindəki cütçülərin toyuqları "KFC"nin tədarükçüsü "Liuhe Group" və "Yingtai Co."ya satdıqları və bu firmaların fəaliyyətlərinin test nəticələrinin açıqlanacağı vaxta qədər dayandırıldığı bildirilib.