Mobil telefon istifadəsi cinayət hallarını azaldıb

20 Dekabr 2012 16:01 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Institute for Law and Economics"də yayımlanan hesabat, xüsusilə 90-cı illərdə sürətlə artan mobil telefonu sayı ilə işlənən cinayətlərin azalması nisbətini müəyyən edib. Araşdırmaya görə telefon istifadəsi yayıldıqca təcavüz və hücum kimi cinayətlərin polisə bildirilmə ehtimalı artdığından cinayət nisbəti də azalmağa başlayıb. Araşdırmada "FBI"in cinayət nisbəti rəqəmləri də nəzərə alınıb ​​və telefonlarla cinayət nisbətləri arasındakı əlaqəyə ​​diqqət çəkilib. 

Bəs bu gün vəziyyət necədir? 2012-ci il üçün də bu araşdırma etibarlıdır?

 Mütəxəssislərə görə 90-cı illərlə müqayisədə 2012-ci ildə telefonların sayı həddindən çox olduğundan cinayət nisbətinin azalmasında daha da təsirli bir rol oynayır, çünki köhnə model telefonlara nisbətən yeni telefonlar kamera, video, naviqasiya kimi daha çox inkişaf etmiş xüsusiyyətlərə malikdir.