Azərbaycan Qəbələ RLS-i ləğv edəcək
20 Dekabr 2012 16:08 (UTC+04:00)
Azərbaycan Qəbələ RLS-i, ümumiyyətlə, ləğv etmək niyyətindədir. Bu
barədə Lent.az-a Azərbaycan Ordusunun adının çəkilməsini istəməyən
yüksək rütbəli zabiti bildirib.
Qəbələ RLS-in, ümumiyyətlə, Azərbaycana lazım olmadığını deyən
zabitin sözlərinə görə, Azərbaycana qarşı hansısa ölkədən ballistik
raket hücumu gözlənilmir. Digər tərəfdən, köhnə texnologiyalar
əsasında fəaliyyət göstərən bu stansiyanın saxlanılmasına böyük
məbləğdə vəsait lazımdır. Üçüncü amil isə stansiyanın ekoloji
mühitə vurduğu böyük zərərdir: "Bütün bunları əsas götürərək, böyük
ehtimalla stansiyanın ləğv ediləcəyi gözlənilir. Lakin burada yeni
kiçik bir stansiyanın inşa edilməsi, yaxud hərbi hissənin
saxlanılması mümkündür".