"WhatsApp" artıq ödənişsiz olacaq

20 Dekabr 2012 16:36 (UTC+04:00)
Movqe.Az bildirir ki, "WhatsApp" uzun müddətdir bir çox yeni nəsil telefon istifadəçilərinin ən çox seçdiyi mesajlaşma proqramları arasında yer alıb. "WhatsApp"ın "Android" versiyası ilk 1 il üçün pulsuz olaraq istifadəçilərə təqdim edilir və daha sonra illik olaraq 0.99$ ödənişlə istifadəsinə davam edilir. Ancaq "WhatsApp"ın "iPhone" üçün hazırlanmış "WhatsApp IOS" tətbiqi belə bir qayda tətbiq etmirdi və istifadəçilər əvvəlcədən proqramı satın almaq məcburiyyətində qalırdılar. Yaxınlaşan yeni il və "WhatsApp"ın rəqiblərinin olduqca artması səbəbi ilə (Viber, Tango və s.) daha çox istifadəçini özünə cəlb etmək istəyən qrup bu gün "iPhone"lar üçün hazırladığı proqramını da ödənişsiz edib. Tətbiqin nə qədər müddət ödənişsiz qalacağı hələlik bildirilməyib.